BFB-də Maliyyə Nazirliyinin 15 mln. manatlıq istiqrazları yerləşdirilib

BFB-də Maliyyə Nazirliyinin 15 mln. manatlıq istiqrazları yerləşdirilib
# 28 aprel 2020 18:09 (UTC +04:00)

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105008780 ISIN-li, 15 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

APA-Economics”in birjaya istinadən verdiyi xəbərə görə, hərrac zamanı 6 investor tərəfindən qiyməti intervalı 85,2598 AZN (17.00%) və 99,6378 AZN (8,2%) olan 9 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 85,2598 AZN (17.00%), orta ölçülmüş qiyməti 93,1947 AZN (11,9245%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 17.286.900,00 AZN yerləşdirilmiş həcmi isə 15 mln. manat təşkil edilib.

İstiqrazların ödəmə tarixi 26 aprel 2022-ci ildir.

Hərrac iştirakçıları 29 aprel 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR