BFB-də Maliyyə Nazirliyinin 15 mln. manatlıq istiqrazları yerləşdirilib

BFB-də Maliyyə Nazirliyinin 15 mln. manatlıq istiqrazları yerləşdirilib
# 10 noyabr 2020 17:47 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0106022780 ISIN-li, 15 mln. manatlıq, 1 092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, hərrac zamanı 6 investor tərəfindən qiymət intervalı 93,9483 manat (9,88%) və 100,0264 manat (7,49%) olan 10 sifariş təqdim təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 99,9735 manat (7,51%), orta ölçülmüş qiyməti 100,0124 manat (7,4953%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 50 299 500 manat yerləşdirilmiş həcmi isə 8 359 800 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 7 noyabr 2023-cü ildir. Hərrac iştirakçıları 11 noyabr 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR