BFB-də Maliyyə Nazirliyinin 20 mln. manatlıq istiqrazları yerləşdirilib

BFB-də Maliyyə Nazirliyinin 20 mln. manatlıq istiqrazları yerləşdirilib
# 22 sentyabr 2020 17:01 (UTC +04:00)

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105018789 ISIN-li, 20 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

"APA-Economics"in birjaya istinadən verdiyi xəbərə görə, hərrac zamanı 10 investor tərəfindən qiyməti intervalı 96,6621 AZN (9,8800%) və 100,3500 (7,8075%) olan 14 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100,0544 (7,9700%), orta ölçülmüş qiyməti 100,0676 (7,9627%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 83 994 600 AZN yerləşdirilmiş həcmi isə 30 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 20 sentyabr 2022-ci ildir.

Hərrac iştirakçıları 23 sentyabr 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50%-dək artırıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR