BFB-də Maliyyə Nazirliyinin 30 mln. manatlıq DOİ emissiyası yerləşdirilib

#
# 16:25
21 iyul 2020

Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0106013789 ISIN-li, 20 mln. manatlıq, 1 092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ)  yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 92,9592 AZN (15,00%) və 103,7768 AZN (10,4998%) olan 24 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100,1476 AZN (11,9400%), orta ölçülmüş qiyməti isə 100,2147 AZN (11,9127%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 87 124 900 manat, yerləşdirilmiş həcmi isə 30 mln. manat təşkil edib. Buraxılış şərtinə uyğun olaraq, tələb təklifi üstələdiyi üçün emitent buraxılış həcmindən əlavə 50% (10 mln. manat) artığını təmin edib.

İstiqrazların ödəmə tarixi 2023-cü ilin iyulun 8-dir.

Hərrac iştirakçıları 22 iyul 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50%-dək artırıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR