BFB-də Maliyyə Nazirliyinin 30 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-də Maliyyə Nazirliyinin 30 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 27 oktyabr 2020 16:25 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0104012775 ISIN-li, 30 mln. manatlıq, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 91,7850 AZN (8,9995%) və 93,6220 AZN (6,8500%) olan 24 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 93,5785 AZN (6,8999%), orta ölçülmüş qiyməti isə 93,5806 (6,8975%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 101 822 100 manat yerləşdirilmiş həcmi isə 42,5 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 2021-ci ilin oktyabrın 26-dır.

Hərrac iştirakçıları 28 oktyabr 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR