BFB-də Maliyyə Nazirliyinin 50 mln. manatlıq istiqrazları yerləşdirilib

#
# 16:47
5 may 2020

Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0104005779 ISIN-li, 50 mln. manatlıq, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, hərrac zamanı 23 investor tərəfindən qiymət intervalı 80,7308 AZN (24,00%) və 92,6300 AZN (8,00%) olan 37 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 90,5530 AZN (10,49%), orta ölçülmüş qiyməti 91,0440 AZN (9,89%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 93 018 400 manat yerləşdirilmiş həcmi isə 16 602 000  mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 2021-ci il mayın 4-dür.

Hərrac iştirakçıları 6 may 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR