BVF Azərbaycanda bu il inflyasiyanın 3% təşkil edəcəyini proqnozlaşdırır

BVF Azərbaycanda bu il inflyasiyanın 3% təşkil edəcəyini proqnozlaşdırır
# 13 oktyabr 2020 16:49 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda bu il inflyasiyanın 3% təşkil edəcəyini proqnozlaşdırır.

"APA-Economics"in BVF-nin "World Economic Outlook" hesabatının oktyabr buraxılışına əsasən verdiyi məlumata görə, 2021-ci ildə isə Azərbaycanda inflyasiyanın yenidən sürətlənərək 3,1%-ə çatacağı gözlənilir.

Qeyd edək ki, fondun inflyasiya üzrə aprel proqnozları 2020-ci il üçün 3,3%, 2021-ci il üçün isə 3,2%-ə bərabər idi.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycanda inflyasiya 2,6% olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR