BVF: Azərbaycanın büdcəsi vergi tətilləri tətbiq etməyə imkan verir

BVF: Azərbaycanın büdcəsi vergi tətilləri tətbiq etməyə imkan verir
# 16 aprel 2020 11:31 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) koronavirus pandemiyası fonunda yaranan iqtisadi şoklara cavab kimi, ünvanlı sosial təminat və vergi tətillərinin tətbiqinin vacibliyini bildirir.

"APA-Economics"in BVF-nin Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi aprel hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın büdcəsi mövcud planları dəyişmədən bu tədbirləri həyata keçirməyə tam imkan verir. Fonda görə, ünvanlı sosial təminat əsasən kiçik ev təsərrüfatlarına yönəldilməlidir, vergi tətilləri isə şoklardan ən çox təsirlənən KOB-lara və turizm sektorundakı müəssisələrə tətbiq olunmalıdır.

BVF qeyd edir ki, maliyyə vəsaitlərinin məhdud ola biləcəyi təqdirdə pandemiyanın səbəb olduğu sosial-iqtisadi sarsıntılara adekvat reaksiya vermək üçün əlaqələndirilmiş beynəlxalq dəstək tələb oluna bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR