BVF Azərbaycanın icmal büdcəsinin kəsiri üzrə proqnozunu açıqlayıb

BVF Azərbaycanın icmal büdcəsinin kəsiri üzrə proqnozunu açıqlayıb
# 15 aprel 2021 09:57 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbəti 1,3 faiz bəndi azalaraq 5,2% təşkil edəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook" hesabatının aprel buraxılışında deyilir.

Fondun gələn il üçün olan proqnozuna əsasən isə, ölkənin icmal büdcəsinin kəsiri əhəmiyyətli dərəcədə azalaraq ÜDM-in 2,3%-nə qədər enəcək.

Qeyd edək ki, Dünya Bankı Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbətinin bu il 2,5% təşkil edəcəyini, 2022-ci ildə isə profisitə qayıdaraq ÜDM-in 2,8%-nə bərabər olacağını proqnozlaşdırır.

Faktiki göstəricilərə gəldikdə, ötən il Azərbaycanın icmal büdcəsinin gəlirləri 24,463 mlrd. manat, xərcləri isə 29,160 mlrd. manat təşkil edib. Yaranmış kəsir 4,698 mlrd. manata bərabər olub ki, bu da ÜDM-in 6,5%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR