BVF: Bu il Azərbaycanda inflyasiya 3,3% təşkil edəcək

BVF: Bu il Azərbaycanda inflyasiya 3,3% təşkil edəcək
# 14 aprel 2020 17:10 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda bu il inflyasiyanın ötən ilki 2,6%-dən 3,3%-dək artacağını proqnozlaşdırır.

"APA-Economics"in BVF-nin “World Economic Outlook” hesabatına əsasən verdiyi məlumata görə, 2021-ci ildə isə Azərbaycanda inflyasiyanın yavaşlayaraq 3,2%-ə düşəcəyi gözlənilir.

Bundan əlavə, 2020 və 2021-ci illərdə ölkədə işsizliyin stabil olaraq 5% səviyyəsində qalacağı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR