BVF qlobal ÜDM üzrə proqnozunu azaldıb

BVF qlobal ÜDM üzrə proqnozunu azaldıb
# 13 oktyabr 2020 17:47 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) bu il qlobal ÜDM-in 4,4% azalacağını proqnozlaşdırır.

"APA-Economics"in məlumatına görə, bu barədə BVF-nin "World Economic Outlook" (WEO) hesabatının oktyabr buraxılışında deyilir.

Yeni proqnoz Fondun iyundakı gözləntisi ilə müqayisədə 0,8 faiz bəndi pisləşib. 2021-ci ildə isə qlobal iqtisadiyyatın bərpa olaraq 5,2% artacağı gözlənilir. Bu, ötən proqnozdan 0,2 faiz bəndi azdır.

BVF qeyd edir ki, dərin tənəzzüldə olan dünya iqtisadiyyatı aprel ayında daxil olduğu böhrandan çıxmağa başlayıb. Hesabatda vurğulanır ki, bir çox ölkələrdə COVID-19 pandemiyasının davamlı yayılmasının qarşısını alan iqtisadi tədbirlərin ləğv edilməsi prosesi dayandırmayıb və əhalinin həssas qruplarını qorumaq üçün yeni tədbirlər görülür.

Fondun proqnozlarına əsasən, inkişaf etmiş ölkələrdə bu il ÜDM 5,8% azalacaq (iyun proqnozu il müqayisədə 2,3 faiz bəndi çox), 2021-ci ildə isə 3,9% artacaq (iyun proqnozu il müqayisədə 0,9 faiz bəndi az).

"Sözügedən ölkələr arasında bu il ən böyük ressesiyaya İspaniya (12,8%), İtaliya (10,6%), Böyük Britaniya və Fransanın (hər birində 9,8%) məruz qalacağı gözlənilir. 2021-ci ildə ən kəsin iqtisadi artım templərinin İspaniya (7,2%), Fransa (6%) və Böyük Britaniyada (5,9%) müşahidə olunacağı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR