Bakı sakinləri yanvar-sentyabrda ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 8 mlrd. manatdan çox xərcləyib

Bakı sakinləri yanvar-sentyabrda ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 8 mlrd. manatdan çox xərcləyib
# 03 noyabr 2020 15:24 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Bakının ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,1% artaraq 15 553,7 mln. manat olub.

"APA-Economics"in məlumatına görə, bu barədə Bakı Şəhər Statistika İdarəsinin açıqlamasında deyilir.

Qeyd olunub ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,5% artaraq 8 046,8 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 9,2% azalaraq 7 506,9 mln. manata bərabər olub. İstehlak məhsullarının 30,9%-i hüquqi şəxs statuslu müəssisələrdə, 49,4%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 19,7%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR