Bakıda ilin əvvəlində orta aylıq əməkhaqqı 900 manat olub

Bakıda ilin əvvəlində orta aylıq əməkhaqqı 900 manat olub
# 28 aprel 2021 14:14 (UTC +04:00)

Bu ilin yanvar ayında Bakı şəhəri üzrə muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqısı açıqlanıb.

Bakı Şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 6% azalaraq 901 manat təşkil edib.

Xatırladaq ki, ötən ilin yanvar ayında paytaxt üzrə əməkhaqqı göstərici 957,5 manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR