Bakıda kommersiya obyektlərinin orta satış qiyməti martda 5,5% azalıb

Bakıda kommersiya obyektlərinin orta satış qiyməti martda 5,5% azalıb
# 13 aprel 2020 15:40 (UTC +04:00)

Bakı şəhərində kommersiya obyektlərinin orta satış qiyməti bu ilin mart ayında 5,5% azalıb.

Bunu "APA-Economics"ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Daşınmaz əmlak üzrə ekspert il ərzində isə 1,7% artım olduğunu açıqlayıb. Onun sözlərinə görə, kommersiya obyektlərinin orta satış qiyməti 1 kv. metr üçün 1 696 ABŞ dollarından 1 602 dollaradək azalıb.

N. İbrahimov onu da bildirib ki, kommersiya obyektlərinin icarəsində isə ay ərzində 3,7% azalma olub: "İl ərzində bu sahədə 0,2%-lik artım müşahidə olunub".

N. İbrahimov qeyd edib ki, kommersiya obyektlərinin icarəsi bazarında orta qiymət 1 kv. metr üçün 17,2 dollardan 16,6 dollara enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR