Bakıda muzdlu işçilərin orta aylıq əməkhaqqı 960 manata çatıb

Bakıda muzdlu işçilərin orta aylıq əməkhaqqı 960 manata çatıb
# 25 avqust 2020 17:45 (UTC +04:00)

Bakı Şəhər Statistika İdarəsi Bakı üzrə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqının məbləğini açıqlayıb.

"APA-Economics"in quruma istinadən verdiyi məlumata görə, bu ilin yanvar-iyun aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 17,5% artaraq 959,8 manat təşkil edib.

Xatırladaq ki, cari ilin yanvar-may aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı üzrə göstərici 984 manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR