Belarus və Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının əsas istiqamətlərini müzakirə edib

Belarus və Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının əsas istiqamətlərini müzakirə edib
# 16 sentyabr 2020 17:31 (UTC +04:00)

Belarusun Xarici İşlər nazirinin birinci müavini Aleksandr Quryanov Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovla görüşüb.

"APA-Economics"in "BelTA"ya istinadən verdiyi məlumata görə, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

"Görüş zamanı iqtisadi-ticarət sahəsində Belarus-Azərbaycan əməkdaşlığının əsas istiqamətləri müzakirə olunub", - məlumatda deyilir.

Bundan başqa, iki ölkənin beynəlxalq təşkilatlar və inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyəti və ikitərəfli tədbirlərin hazırlanması müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR