Belarusda məhsul və xidmətlərin ayda 0,5%-dən çox bahalaşdırılması müvəqqəti qadağan edilib

Belarusda məhsul və xidmətlərin ayda 0,5%-dən çox bahalaşdırılması müvəqqəti qadağan edilib
# 01 aprel 2020 14:47 (UTC +04:00)

Belarus hökuməti dövlət idarəetmə orqanlarına, hüquqi şəxslərə və fərdi sahibkarlara mal və xidmətlərin qiymət və tariflərini ayda 0,5%-dən çox artırılmamasını tapşırıb.

APA-Economics”in məlumatına görə, dövlət qurumlarına daxili bazarın tələblərinə uyğun olaraq istehsal olunan məhsulların pərakəndə satış şəbəkəsinə tədarükün təmin edilməsinə də həvalə olunub.

Müəyyən olunmuş həddən artıq qiymət artımına yalnız Nazirlər Kabineti yanında Fərdi Tənzimləmə Komissiyası ilə razılaşdırmaqla icazə verilir. Hökumət Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyinə, regional icra komitələrinə və Minsk şəhər İcraiyyə Komitəsinə əmrin icrasına və ticarət subyektləri tərəfindən malların çeşid siyahısına uyğunluğuna nəzarət etməyi tapşırıb. Belarus Nazirlər Şurasının bu qərarı cari ilin 30 iyun tarixinədək qüvvədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR