Benksinin "Mənə Moneni göstər" rəsm əsəri 10 mln. dollara satılıb - FOTO

Benksinin "Mənə Moneni göstər" rəsm əsəri 10 mln. dollara satılıb - FOTO
# 22 oktyabr 2020 11:30 (UTC +04:00)

Britaniyalı "street art" rəssamı Benksinin "Mənə Moneni göstər" əsəri hərraca çıxarılaraq 8 dəqiqəyə təxminən 10 mln. ABŞ dollarına satılıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "Sotheby's" hərrac evinin "Twitter" hesabında bildirilir.

Qeyd olunub ki, Benksinin "Mənə Moneni göstər" əsəri Klod Monenin şah əsərinə dəcəl bil dönüşdür. Rəsm əsəri 8 dəqiqə ərzində təxmin edilən qiymətdən qat-qat üstün satılaraq 7 551 600 funt sterlinq (9 814 353 dollar) məbləğində gəlir gətirib.

Qeyd edək ki, Benksinin 2018-ci ildə Miladdan öncə Uelsdə bir qarajın divarlarına çəkdiyi qrafiti 100 min funt sterlinqdən (130 min dollar) baha satılıb.

Xatırladaq edək ki, Benksi andeqraund rəssamı, siyasi fəal və kinorejissordur. 1990-cı illərin sonunda qrafitiyə başlayan Benksi tədricən qrafitidən unikal art-obyektlər və aksiyaların yaradılmasına keçdi. Onun işləri kəskin sosial mövzularla seçilir. 2010-cu ildə Benksi Berlin Beynəlxalq Film Festivalında "Suvenir mağazasından çıxış" sənədli filmi ilə iştirak edib. Film sonradan Oskar mükafatına nominasiya edilib. Benksinin əsl adı və real həyatı ən yaxın tərəfdaşları istisna olmaqla heç kimə məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR