"Bloomberg": Pandemiyadan sonra qlobal iqtisadiyyatın bərpası yavaşlaya bilər

"Bloomberg": Pandemiyadan sonra qlobal iqtisadiyyatın bərpası yavaşlaya bilər
# 07 sentyabr 2020 12:44 (UTC +04:00)

Qlobal iqtisadiyyat koronavirus pandemiyasının vurduğu ziyandan sonra bərpa olunur, lakin bir sıra amillər səbəbindən bu proses ləngiyə bilər.

"APA-Economics" TASS-a istinadən xəbər verir ki, bunu "Bloomberg"in analitiki deyib.

Bərpa prosesini ləngidən səbəblər arasında peyvəndin hazırlanması başa çatmadan qışda koronavirusun ikinci dalğasının baş vermə ehtimalı, iqtisadiyyatı dəstəkləyən proqramların vaxtından əvvəl tamamlanması və ABŞ-da prezident seçkiləri ərəfəsində Vaşinqtonla Pekin arasında gərginliyin artması göstərilir.

Nəşrdə müxtəlif ölkələrdə iqtisadiyyatın stimullaşdırılmasına xərclənən ümumi vəsaitin hazırda 20 trln. ABŞ dolları olduğu bildirilir.

Brukinqs İnstitutu və Avstraliya Milli Universitetinin mütəxəssisi Uorik Makkibbinin hesablamalarına görə, pandemiyanın qlobal iqtisadiyyata vurduğu ümumi ziyanın 2025-ci ilə qədər 35 trln. dollara çatacağı ehtimal olunur.

Analitik qeyd edir ki, koronavirus peyvəndi inkişaf etdirildikdən sonra da onun yayılması üçün vaxt lazımdır. İqtisadi ziyan azalmağa başlamazdan əvvəl əhalinin əhəmiyyətli hissəsinin peyvəndləməsi gərəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR