Böyük Britaniya iqtisadiyyatı rekord səviyyədə azalıb

Böyük Britaniya iqtisadiyyatı rekord səviyyədə azalıb
# 12 avqust 2020 12:51 (UTC +04:00)

Bu ilin ikinci rübündə Böyük Britaniyanın ÜDM-i illik nisbətdə 21,7%, rüblük müddətdə isə 20,4% azalıb. “APA-Economics” “Gazeta.ru”nun yaydığı məlumata istinadən xəbər verir ki, bu barədə ölkənin milli statistika idarəsinin hesabatında bildirilir.

“Reuters”in sorğusuna görə, analitiklər illik müqayisədə 22,4%, rüblük dövrdə isə 20,5% azalma gözləyirlər. Bu ilin birinci rübündə Krallığın ÜDM-i illik nisbətdə 1,7%, rüblük dövrdə isə 2,2% azalıb. Beləliklə, ölkə iqtisadiyyatı ardıcıl olaraq iki rüb azalma göstərərək resessiyaya uğrayıb. Eyni zamanda, 2020-ci ilin ikinci rübündə xidmət sektorundakı eniş, birinci rübdəki 2,3% azalmadan sonra 19,9%-ə çatdı. İnşaat sektoru birinci rübdəki 1,7% azalmadan sonra, ikinci rübdə daha 35% gerilədi.

Bu ilin iyun ayında Birləşmiş Krallıqda sənaye istehsalı may ayına nisbətdə 9,3% artsa da, illik olaraq bu sektorda 12,5% azalma qeydə alınıb. Analitiklər bu rəqəmin illik müqayisədə 12,8%, aylıq isə 9,2% artdığını güman edirdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR