Böyük Britaniyada işsizlik üzrə müavinətlərlə bağlı müraciətlər son 24 ilin rekordunu vurub

Böyük Britaniyada işsizlik üzrə müavinətlərlə bağlı müraciətlər son 24 ilin rekordunu vurub
# 19 may 2020 13:35 (UTC +04:00)

Bu ilin aprel ayında Böyük Britaniyada işsizlik üzrə müavinətlərlə bağlı müraciətlərin sayı 1996-cı ildən bəri ən yüksək həddə çatıb.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, təkcə apreldə müraciətlərin sayı 856 500 ədəd artaraq 2,097 milyona çatıb.

Qeyd edilir ki, hökumətin işçilərin əməkhaqqının 80%-ni ödəməsi proqramı olmasa idi artım daha da kəskin ola bilərdi. Çünki ödənişsiz məzuniyyətə göndərilən, lakin bu proqramla əməkhaqqı alan işçilər müavinətlərlə bağlı müraciət edə bilməzlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR