Bu gündən "Rabitəbank" kart sahibləri 190 manat birdəfəlik sosial müavinətlərini ala biləcək ®

Bu gündən "Rabitəbank" kart sahibləri 190 manat birdəfəlik sosial müavinətlərini ala biləcək ®
# 13 may 2020 15:47 (UTC +04:00)

13 may tarixindən etibarən işsiz kimi qeydiyyata alınan şəxslərə may ayından hər ay üçün kart hesabına birdəfəlik müavinətlər köçürülməyə başlanılıb.

“Rabitəbank”dan “APA-Economics”ə verilən məlumata görə, ötən həftə “Rabitəbank” tərəfindən 28 500 nəfərdən çox vətəndaşa birdəfəlik ödəmələrin təqdim olunması üçün verilən lokal plastik kartlara bu gündən etibarən vəsaitin köçürülməsinə başlanıldı.

Vətəndaşlar onlar üçün təyin olunmuş müavinətləri istənilən “Rabitəbank” ATM-lərindən nağdlaşdıra biləcəklər.

Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə may ayında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.

“Rabitəbank” Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, “Rabitəbank Mobile” adlı mobil əlavəsi, İnternet Bankinq və “RabitaBot” adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR