Bu ilin sonuna 3-3,5% inflyasiya gözlənilir

#
# 14:44
30 iyul 2020

İnflyasiya amilləri üzrə iyulda aparılmış təhlillər əsasında inflyasiya proqnozu dəyişilməz saxlanılıb. Son proqnozlara görə mövcud fundamentallar çərçivəsində 2020-ci ilin sonuna inflyasiyanın 3-3,5% intervalında fomalaşacağı gözlənilir.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib.

“İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son toplantısından keçən dövrdə illik inflyasiya hədəf intervalının mərkəzindən aşağıda qalıb. Məcmu tələbin daralması və onun antiinflyasiya təsirləri şəraitində iyun ayında 0,3%-lik deflyasiya baş vermiş, illik inflyasiya 3% təşkil edib.

Mövsümi amillərin də təsiri ilə iyunda ərzaq qiymətləri 1,5% aşağı düşüb, qeyri-ərzaq məhsulları 0,1%, xidmətlər isə 0,9% bahalaşıb."

O bildirib ki, real sektor müəssisələri üzrə monitorinqin nəticələri inflyasiya gözləntilərinin azalmaqda davam etdiyini göstərir.

"2020-ci ilin iyul-sentyabr ayları üzrə sənaye, xidmət və ticarət sektorlarında müəssisələrin inflyasiya gözləntiləri azalmaqda davam edib. İyunda ev təsərrüfatları arasında aparılmış sorğuya görə inflyasiyanın yüksələcəyini gözləyən respondentlərin xüsusi çəkisi mart ayı ilə müqayisədə 3 faiz bəndi azalaraq 29%-ə enib."

Onun sözlərinə görə, qısamüddətli dövrdə inflyasiya üzrə risklər balansında stabilləşdirici amillər üstünlüyünü qoruyur.

"Pandemiya şəraitində zəif məcmu tələb qarşıdakı aylarda da başlıca antiinflyasiya amili kimi çıxış edəcək. Məcmu tələbin daralması idxalı və beləliklə valyuta bazarında tələbi məhdudlaşdırır. Bununla belə logistik zəncirdə qırılmalar, habelə koronovirusdan qorunmaq üçün iqtisadi subyektlərin üzləşdiyi əlavə xərclər qiymətlərə artırıcı təsir göstərə bilər."

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR