Bugünkü valyuta hərracında banklar 31 mln. dollar cəlb edib

Bugünkü valyuta hərracında banklar 31 mln. dollar cəlb edib
# 16 iyun 2020 13:44 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən "APA-Economics"in yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 30,9 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (11 iyun 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 24,1% və ya 9,8 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR