Çin hökuməti Qış Olimpiya Oyunları zamanı rəqəmsal yuanı sınaqdan keçirəcək

#
# 10:11
20 aprel 2021

Çin Xalq Bankı (Mərkəzi Bank) “Pekin-2022” Qış Olimpiya Oyunları zamanı xarici vətəndaşlar üçün rəqəmsal yuanın əlçatanlığını təmin edəcək.

APA-Economics”in xəbər verir ki, bunu Mərkəzi Bankın rəhbərinin müavini Li Bo deyib.

Onun sözlərinə görə, bank rəqəmsal yuandan istifadə edərək pilot layihələr üçün bir çox ssenari və daha çox şəhəri nəzərdən keçirir.

Xatırladaq ki, ötən ilin oktyabr ayından etibarən Mərkəzi Bank rəqəmsal yuanı ölkənin bir çox bölgəsində, xüsusən Pekin, Jenşen, Suçjou və Çendu şəhərlərində sınaqdan keçirib.

“Rəqəmsal yuanın təşviqi səyləri daxili istifadəyə yönəlib. Onun beynəlmiləlləşməsi ilə bağlı dəfələrlə demişik ki, bu, təbii bir prosesdir və məqsədimiz digər beynəlxalq valyutaları əvəz etmək deyil. Məqsədimiz bazarın seçim etməsinə imkan yaratmaqdır”, - deyə Li Bo qeyd edib.

O əlavə edib ki, rəqəmsal yuanın beynəlmiləlləşməsi baxımından Çin beynəlxalq tərəfdaşlarla sərhədyanı ödənişlər üçün uzunmüddətli həll yolu yaratmağa çalışacaq.

Xatırladaq ki, Pekindəki Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 22-dək keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR