Çin iqtisadiyyatı 1992-ci ildən ən güclü artım nümayiş etdirib

Çin iqtisadiyyatı 1992-ci ildən ən güclü artım nümayiş etdirib
# 16 aprel 2021 14:47 (UTC +04:00)

Bu ilin I rübündə Çin iqtisadiyyatı rekord sürətlə – 18,3% artaraq, COVID-19 pandemiyasının yaratdığı böhrandan sonra bərpanın sürətlə getməsini nümayiş etdirib.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, ölkədə ÜDM-in kəskin artım tempi yerli və xarici bazarlarda tələbatın yüksəlməsi və dövlətin kiçik sahibkarlara göstərdiyi yardımlarla dəstəklənib. İqtisadi artımın "Reuters"in sorğusu nəticəsində alındığı göstəricidən (19%) az olsa da, 1992-ci ildən bəri qeydə alınan ən güclü artımdır.

Qeyd edək ki, ötən ilin I rübündə Çin iqtisadiyyatlı COVID-19 virusunun sürətlə yayılması fonunda 6,8% azalmışdı. Çin dövlətin proqnozlarına əsasən, ölkənin iqtisadiyyatı bu il 6%-dən çox artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR