Çin yuanı ABŞ dollarına qarşı son 10 ilin ən yüksək dinamikasını nümayiş etdirib

Çin yuanı ABŞ dollarına qarşı son 10 ilin ən yüksək dinamikasını nümayiş etdirib
# 28 sentyabr 2020 18:11 (UTC +04:00)

Bu ilin III rübünün yekunlarına əsasən, Çin yuanının ABŞ dollarına qarşı məzənnəsi son 10 il ərzində ən yüksək templərlə artıb.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, belə kəskin müsbət dinamikanın əsas səbəbləri kimi investorların Çin iqtisadiyyatının artım perspektivlərinə böyük inamı və borclanmanın nisbətən yüksək dəyəri göstərilir.

İyul ayının əvvəlindən ötən həftə valyuta bazarının bağlanmasınadək yuanın dollara qarşı məzənnəsi 3,7% artıb. "FactSet"in məlumatına görə, buna bənzər artım temöləri ötən əsrin 70-ci və 80-ci illərində və 1994-cü ildə Çinin valyuta bazarının islahatlara başlamazdan əvvəl baş verib.

Qeyd edək ki, Çinin mərkəzi bankı dünyanın digər mərkəzi banklarına nisbətən daha yumşaq siyasət yürütməyə meyllidir. Bank may ayından bəri əsas faiz dərəcələrini azaltmayıb. Bu, öz növbəsində, Çinin aktivlərinin arasında gəlirlilik spredinin böyüməsini təmin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR