"Coca-Cola"nın xalis mənfəəti 9% azalıb

"Coca-Cola"nın xalis mənfəəti 9% azalıb
# 22 oktyabr 2020 16:10 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında dünyanın ən böyük alkoqolsuz içki istehsalçısı olan "Coca-Cola" şirkətinin xalis mənfəəti illik ifadədə 9% azalaraq 6,291 mlrd. ABŞ dolları təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin hesabatında deyilir.

Qeyd olunub ki, səhm üzrə seyrəltilmiş mənfəət 1,46 dollar olub, halbuki bir il əvvəl bu göstərici 1,6 dollara bərabər idi. "Coca-Cola"nın gəliri illik müqayisədə 13% azalaraq 24,403 mlrd. dollara düşüb.

Cari ilin III rübünün sonunda "Coca-Cola"nın xalis mənfəəti 2019-cu ilin eyni dövrü ilə müqayisədə 33% azalaraq 1,737 mlrd. dollara bərabər olub. Səhm üzrə seyrəltilmiş mənfəət ötənilki 0,6 dollardan 0,4 dollara düşüb. Şirkətin gəlirləri isə illik ifadədə 9% azalaraq 8,652 mlrd. dollar təşkil edib. Bu göstərici mütəxəssislərin gözləntilərinin (8,36 mlrd. dollar) üstələyib.

Xatırladaq ki, 1892-ci ildə təsis edilmiş "Coca-Cola" şirkətinin baş ofisi Atlanta şəhərində (Corciya ştatı) yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR