DB: Azərbaycanın builki icmal büdcəsinin kəsiri ÜDM-in 7,5%-ni təşkil edəcək

DB: Azərbaycanın builki icmal büdcəsinin kəsiri ÜDM-in 7,5%-ni təşkil edəcək
# 07 oktyabr 2020 15:32 (UTC +04:00)

Dünya Bankı (DB) bu il Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbətinin 7,5% təşkil edəcəyini proqnozlaşdırır.

"APA-Economics"in məlumatına görə, bu barədə DB-nın Avropa və Mərkəzi Asiya üzrə dərc etdiyi yenilənmiş hesabatında deyilir.

Hesabatda qeyd olunub ki, 2021-ci ildə kəsir azalacaq və ÜDM-in 3,4%-nə bərabər olacaq. Bankın uzunmüddətli proqnozuna əsasən, ölkənin icmal büdcəsi 2022-ci ildə profisitə qayıdacaq və ÜDM-in 1,7%-nə təşkil edəcək.

Qeyd edək ki, "Fitch Ratings" beynəlxalq reytinq agentliyi bu il Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbətinin 6,8% təşkil edəcəyini proqnozlaşdırır.

Xatırladaq ki, ötən il icmal büdcənin profisiti 7,343 mlrd. manat təşkil edib. Bu da ÜDM-in 9%-nə bərabər idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR