Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirləri azaldılıb, xərcləri artırılıb

Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirləri azaldılıb, xərcləri artırılıb
# 31 avqust 2020 15:39 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsində dəyişiklik edilib.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 906 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanında əksini tapıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirləri 12 milyard 384 milyon 88,2 min manatdan 7 milyard 832 milyon 893,4 min manata endirilib, xərcləri isə 11 milyard 589 milyon 910,3 min manatdan 12 milyard 439 milyon 910,3 manata qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR