Dövlət büdcəsindən bu il 398 mln. manata yaxın dövlət borcunun xidmətinə yönəlib

Dövlət büdcəsindən bu il 398 mln. manata yaxın dövlət borcunun xidmətinə yönəlib
# 21 aprel 2021 10:51 (UTC +04:00)

2021-ci ilin yanvar-mart aylarında Azərbaycan dövlət büdcəsinin xərclərinin 397,5 mln. manatı və ya 7,2%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəlib.

"APA-Economics"ə Maliyyə Nazirliyindən verilən məlumata görə, dövlət büdcəsinin ümumi xərcləri 5 414,8 mln. manat proqnoza qarşı 5 523,7 mln. manat və ya 102,% icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 269,1 mln. manat və ya 5,1% çoxdur.

Qeyd edək ki, 2021-ci ilin I rübündə dövlət büdcəsi xərclərinin 4 020,5 mln. manatı və ya 72,8%-i cari xərclərə (2020-ci ilin eyni dövrü ilə müqayisədə 194,9 mln. manat və ya 5,1 faiz çox), 1 105,7 mln. manatı və ya 20%-i əsaslı xərclərə (2020-ci ilin eyni dövrü ilə müqayisədə 80 mln. manat və ya 7,8% yönəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR