Dünya Bankı Gürcüstanda 40 mln. dollarlıq universal internet layihəsini maliyyələşdirəcək

Dünya Bankı Gürcüstanda 40 mln. dollarlıq universal internet layihəsini maliyyələşdirəcək
# 31 avqust 2020 12:49 (UTC +04:00)

Dünya Bankı Gürcüstanda 40 mln. ABŞ dolları dəyərində ola universal internet layihəsinin həyata keçirilməsini maliyyələşdirəcək.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava deyib.

O bildirib ki, layihə çərçivəsində yarım milyondan çox vətəndaşın internetə çıxışı təmin ediləcək: "Bu, universal internet layihəsidir. Layihə çərçivəsində 1 000 yaşayış məntəqəsinə yüksək keyfiyyətli internet xətləri çəkiləcək ki, nəticədə yarım milyondan çox vətəndaşın yüksək sürətli internetə çıxışı təmin olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR