Dünya Bankı: Türkiyədə ÜDM bu il 0,5% artacaq, inflyasiya isə 11% təşkil edəcək

Dünya Bankı: Türkiyədə ÜDM bu il 0,5% artacaq, inflyasiya isə 11% təşkil edəcək
# 09 aprel 2020 16:50 (UTC +04:00)

Dünya Bankının region üzrə dərc etdiyi yeni proqnozlarına əsasən, bu il Türkiyə iqtisadiyyatı 0,5%, 2021-2022-ci illərdə isə stabil 4% səviyyəsində artacaq.

"APA-Economics"in banka istinadən verdiyi məlumata görə, 2020-ci ildə ölkədə inflyasiya ötənilki 15,8% səviyyəsindən bu il 11%-ə, gələn il isə 9%-ə enəcək. 2022-ci ilə bank tərəfindən verilən proqnozda ölkədə inflyasiya səviyyəsi 8,5% olacağı gözlənilir. Karbohidrogen qiymətlərinin enməsi inflyasiyanı mülayimləşdirə bilər, lakin lirənin məzənnəsinə olan  təzyiqlər davam edəcək.

Qeyd edək ki, Dünya Bankının proqnozlarına görə, bu il gözlənilən ÜDM-in 0,5%-lik artımı hökumətin güclü dəstəyi sayəsində baş verəcək. Bununla yanaşı, ölkədə  investisiya qoyuluşunun azalması və turizm sektorunun çökməsi realdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR