Dünya Bankı və BVF-nin illik iclasları koronavirusa görə təxirə salınıb

Dünya Bankı və BVF-nin illik iclasları koronavirusa görə təxirə salınıb
# 05 noyabr 2020 17:55 (UTC +04:00)

Dünya Bankı, Beynəlxalq Valyuta Fondu (BVF) və Mərakeş Krallığı 2021-ci ilin oktyabr ayına planlaşdırılan Dünya Bankı və BVF-nin illik iclaslarının koronavirus pandemiyası səbəbindən 2022-ci ilin oktyabrına keçirilməsini bəyan ediblər.

"APA-Economics"in Dünya Bankına istinadən verdiyi məlumata görə, illik iclaslar ümumiyyətlə iki il ardıcıl olaraq BVF və Dünya Bankının Vaşinqtonda yerləşən qərargahında keçirilir və hər 3 ildən bir iclasları qəbul edən üzv ölkə dəyişir. Sözügedən tədbirin Mərakeş şəhərində keçirilməsi nəzərdə tutulurdu.

Qeyd edək ki, iclaslar mərkəzi bankların sədrlərini, maliyyə və inkişaf nazirlərini, özəl sektor rəhbərlərini, vətəndaş cəmiyyətini, mətbuat və alimləri bir araya gətirərək dünya iqtisadiyyatının perspektivlərini, qlobal maliyyə sabitliyini, yoxsulluğun aradan qaldırılmasını, hərtərəfli iqtisadi artımı, iqlim dəyişikliyi və iş yerlərinin açılması da daxil olmaqla qlobal problemlərin müzakirə edildiyi bir platformadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR