FAO: Dünyada ərzaq qiymətləri azalıb

FAO: Dünyada ərzaq qiymətləri azalıb
# 07 may 2020 15:56 (UTC +04:00)

Koronavirus pandemiyasına görə dünyada ərzaq mallarına tələbat əhəmiyyətli dərəcədə azalıb ki, bu da ardıcıl olaraq son üç ay ərzində qiymətlərin azalmasına səbəb olub.

"APA-Economics" TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatında deyilir.

Əsas ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki aylıq dəyişikliklərini əks etdirən FAO-nun orta ərzaq qiymətləri indeksi aprel ayında 165,5% təşkil edib ki, bu da mart ayına nisbətən təqribən 3,4 faiz bəndi aşağıdır.

Təşkilatın yaydığı hesabata görə, 13 il ərzində rekord həddə çatan ən böyük azalma şəkər qiymətləri indeksində müşahidə olunub. Aprel ayında bu göstərici mart ayı ilə müqayisədə 14,6 faiz bəndi azalıb.

Ekspertlər şəkərə tələbatın azalmasını bir sıra ölkədə hərəkətin məhdudlaşdırılması və neftin qiymətinin düşməsi ilə əlaqələndirir. Bitki yağları, süd məhsulları və ətin qiymət indeksləri də azalıb.

Aprel ayında taxıl qiymətləri indeksi beynəlxalq buğda və düyü qiymətlərinin əhəmiyyətli dərəcədə artması və qarğıdalı qiymətlərinin kəskin şəkildə aşağı düşməsi səbəbindən bir qədər aşağı düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR