FED baza faiz dərəcəsini sabit saxlayıb

FED baza faiz dərəcəsini sabit saxlayıb
# 11 iyun 2020 10:27 (UTC +04:00)

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) baza faiz dərəcəsini bazarda gözlənildiyi kimi, 0-0,25% səviyyəsində saxlayıb.

"APA-Economics"in FED-ə istinadən verdiyi məlumata görə, tənzimləyici orqan bu qərarı səhiyyədə davam edən böhran, qısamüddətli iqtisadi durğunluğun olması, məşğulluğun azalması və inflyasiyanın artması ilə əlaqələndirib.

Bundan əlavə, FED bildirib ki, pul siyasəti ilə bağlı gələcək düzəlişlərin vaxtı və miqdarını təyin edərkən, komitə məşğulluq və inflyasiya səviyyəsinə nisbətən mövcud və gözlənilən iqtisadi şəraiti hədəf olan 2% səviyyəsinə yaxın qiymətləndirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR