"Fitch" dünya iqtisadiyyatının azalması proqnozunu 4,6% səviyyəsində saxlayıb

"Fitch" dünya iqtisadiyyatının azalması proqnozunu 4,6% səviyyəsində saxlayıb
# 29 iyun 2020 19:00 (UTC +04:00)

“Fitch” beynəlxalq reytinq agentliyi 2020-ci ildə dünya ÜDM-nin azalması proqnozunu 4,6% səviyyəsində saxlayıb.

APA-Economics” “TASS”a istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur.

Agentliyin ekspertlərinin fikrincə, bu gün açıqlanan son qlobal iqtisadi proqnoza görə, “Fitch Ratings” hələ də qlobal ÜDM-nin 2020-ci ildə 4,6% azalacağını gözləyir. Proqnozun bu qiymətləndirilməsi son həftələrdə iqtisadi aktivliyin ardıcıl yaxşılaşması ilə əlaqədardır.

Eyni zamanda, ekspertlər son bir ayda iqtisadi fəaliyyətin yaxşılaşdığını bildirirlər, lakin buna baxmayaraq, koronavirusun ikinci dalğası və özünü təcridetmə rejiminin bərpası qlobal iqtisadiyyatın gözlənilən bərpasına ciddi maneə ola bilər.

Bununla yanaşı “Fitch”, milli iqtisadiyyatlara dövlət dəstəyini və istehsal həcminin artırılmasını nəzərə alaraq, qlobal ÜDM-nin 2021-ci ildə 4,9% və 2022-ci ildə isə 3,4%-dən yuxarı artacağını gözləyir.

Agentliyin proqnozlarına görə, ABŞ-ın ÜDM-i 2022-ci ilin 2-ci rübündə, avrozonanın isə 2022-ci ilin 4-cü rübündə 2019-cu ilin səviyyəsinə çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR