Fransa ölkədəki müəssisələrə yardım məqsədilə 45 mlrd. avro ayırır

Fransa ölkədəki müəssisələrə yardım məqsədilə 45 mlrd. avro ayırır
# 18 mart 2020 10:31 (UTC +04:00)

Fransa hökuməti koronavirus pandemiyasının mənfi təsirinə məruz qalan ölkədəki müəssisələrə və işçilərinə 45 mlrd. avro məbləğində təcili yardım ayıracaq.

"APA-Economics"in "Morningstar"a istinadən verdiyi məlumata görə, Fransa hökumətinin ayıracaq yardıma böhran dövründə işsiz qalan işçilərə dövlət tərəfindən əməkhaqqı ödənişi paketi də daxil olacaq.

Bundan başqa, Fransanın maliyyə naziri Bruno Le Mer bildirib ki, onun ilkin proqnozlarına görə, koronavirusun yayılması səbəbindən Fransada ÜDM-in artım tempi 2020-ci ildə 1 faiz bəndi azalacaq və bunu nəzərə alaraq, Fransa kiçik və orta sahibkarlara dəstək məqsədilə 300 mlrd. avro məbləğində bank kreditlərinin verilməsinə zəmanət verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR