Gələn il Azərbaycan dövlət büdcəsinin kəsiri 1,5 mlrd. manatdan çox olacağı proqnozlaşdırılır

Gələn il Azərbaycan dövlət büdcəsinin kəsiri 1,5 mlrd. manatdan çox olacağı proqnozlaşdırılır
# 03 sentyabr 2020 11:08 (UTC +04:00)

2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin kəsiri 1 520,5 mln. manat məbləğində olacağı proqnozlaşdırılır.

APA-nın məlumatına görə, bu, 2021-ci il və orta müddətli dövr üçün büdcə göstəricilərində əksini tapıb.

Kəsirin maliyyələşdirilməsi xarici və daxili borclanma, daxili borclanma, o cümlədən qiymətli kağızların buraxılışı, habelə özəlləşdirmədən daxilolmalar hesabına aparılacaq.

Xatırladaq ki, gələn il dövlət büdcəsinin gəlirləri 24 327,0 mln. manat məbləğində, xərcləri 25 847,5 mln. manat məbləğində olacağı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR