Gələn il Azərbaycanın icmal büdcəsinin gəlirləri 20,6 mlrd. manat, xərcləri isə 28,6 mlrd. manat olacaq - PROQNOZ

Gələn il Azərbaycanın icmal büdcəsinin gəlirləri 20,6 mlrd. manat, xərcləri isə 28,6 mlrd. manat olacaq - PROQNOZ
# 03 sentyabr 2020 11:00 (UTC +04:00)

Azərbaycanın 2021-ci il üzrə icmal büdcə gəlirləri 20 619,1 mln. manat səviyyəsində, icmal büdcə xərcləri isə 28 627,2 mln. manat məbləğində proqnozlaşdırılır.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamada bildirilir.

Qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il üçün büdcəsinin gəlirləri 5 932,9 mln. manat nəzərdə tutulur. Fondun 2021-ci il üçün büdcəsinin xərcləri 12 420,5 mln. manat təşkil edəcək.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri bərabər olaraq 5 146,3 mln. manat məbləğində proqnozlaşdırılır. İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olaraq 152,4 mln. manat nəzərdə tutulur. İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olaraq 502,3 mln. manat proqnozlaşdırılır. Müvafiq olaraq, icmal büdcə kəsrinin 8 008,1 mln. manat olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR