Gürcüstan bu il Azərbaycana 2,3 mln. dollarlıq yük maşınları ixrac edib

Gürcüstan bu il Azərbaycana 2,3 mln. dollarlıq yük maşınları ixrac edib
# 19 mart 2020 12:07 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Gürcüstan Azərbaycana 340 ədəd yük maşını ixrac edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 173 ədəd və ya 2 dəfə çoxdur.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Hesabat dövründə ixrac edilən yük maşınlarının ümumi dəyəri 2 326,5 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin ilk iki ayı ilə müqayisədə 95% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR