Gürcüstan iqtisadiyyatı bu il 4% azalacaq - PROQNOZ

Gürcüstan iqtisadiyyatı bu il 4% azalacaq - PROQNOZ
# 09 iyun 2020 10:51 (UTC +04:00)

2020-ci ildə Gürcüstanda ÜDM istehsalı 4% azalacaq.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş nazir Giorgi Qaxaria deyib.

O bildirib ki, dövlət büdcəsinin gəlirləri 1,8 mlrd. lari (601 mln ABŞ dolları) azalacaq ki, bu səbəbdən büdcə xərcləri 600 mln. lari (200 mln. dollar) azaldılacaq və büdcə kəsiri ÜDM-in 8,5%-ni təşkil edəcək.

Baş nazir onu da qeyd edib ki, Gürcüstan post-pandemiya dövründə iqtisadi böhranın aradan qaldırılması istiqamətində beynəlxalq tərəfdaşlar və donorlarla fəaliyyətini davam etdirir və 2021-ci ildə iqtisadi artım 4%, 2022-ci ildə isə 6% olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Dünya Bankının yenilənmiş proqnozuna görə, 2020-ci ildə Gürcüstan iqtisadiyyatı 4,8% azalacaq, 2021-ci ildə isə 4% artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR