Gürcüstan larisinin ucuzlaşması davam edir

Gürcüstan larisinin ucuzlaşması davam edir
# 17 mart 2020 17:34 (UTC +04:00)

Gürcüstan milli valyutası olan larinin ABŞ dollarına qarşı məzənnəsi rekord səviyyəyə enib.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Mərkəzi Bankının bu gün saat 17:00-da müəyyənləşdirdiyi rəsmi məzənnəyə əsasən, martın 18-də 1 dollar 3,0807 lariyə bərabər olacaq. Bu gün isə 1 dolların rəsmi məzənnəsi 3,0118 lari təşkil edib.

Lari avro qarşısında da ucuzlaşıb. Rəsmi məzənnəyə görə, 1 avro 3.3974 lari olaraq müəyyənləşib. Bu gün isə 1 avro 3,3684 lariyə satılıb.

Qeyd edək ki, bu, Gürcüstan tarixində qeydə alınmış larinin ən aşağı rəsmi məzənnəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR