Gürcüstana yatırılan birbaşa xarici investisiyalar 42% azalıb

Gürcüstana yatırılan birbaşa xarici investisiyalar 42% azalıb
# 09 iyun 2020 11:09 (UTC +04:00)

Gürcüstan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyalar 42% azalıb.

Bu ilin I rübündə Gürcüstana yatırılan birbaşa xarici investisiyaların həcmi illik müqayisədə 41,7% azalaraq 165,4 mln. ABŞ dolları təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin (GEOSTAT) rüblük hesabatında deyilir.

Qeyd olunub ki, hesabat dövründə xarici investisiyaların azalmasının əsas səbəbləri arasında boru kəməri layihələrinin tamamlanmasıdır. Cari ilin I rübündə Gürcüstanın əsas birbaşa xarici investisiyalar Böyük Britaniyanın payına düşüb – 73,1 mln. dollar. Bu, Gürcüstana qoyulan ümumi investisiyaların 44,2%-ni təşkil edib. Digər yerlərdə isə ABŞ (17%) və Panama (11,9%) qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR