Gürcüstandan Azərbaycana siqaret ixracı kəskin azalıb

Gürcüstandan Azərbaycana siqaret ixracı kəskin azalıb
# 19 mart 2020 12:50 (UTC +04:00)

Bu ilin yanvar fevral-ayları ərzində Gürcüstanın Azərbaycana siqaret ixracı illik ifadədə 428,9 ton və ya 7 dəfə azalaraq 71,2 ton təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Hesabat dövründə Azərbaycana ixrac edilən məhsulun dəyəri 1 877,4 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 5 dəfə azdır.

Qeyd edək ki, ötən ilin ilk iki ayında Gürcüstan Azərbaycana 9 900,1 min dollar dəyərində 500,1 ton siqaret ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR