Gürcüstanın Azərbaycana borcu açıqlanıb

Gürcüstanın Azərbaycana borcu açıqlanıb
# 13 aprel 2020 13:51 (UTC +04:00)

Bu ilin 31 mart tarixində Gürcüstanın Azərbaycana olan borcu 6 291 min ABŞ dollarına bərabər olub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilib.

Martın 31-nə olan göstəriciyə əsasən Gürcüstanın Azərbaycana borcu aylıq müqayisədə dəyişməyib.

Hesabat dövründə Gürcüstanın ümumi xarici borcu isə 5 688 261 min ABŞ dolları təşkil edib ki, bu məbləğ aylıq müqayisədə 14 662 min dollar çoxdur. Qonşu ölkənin xarici borcunun 5 442 597 min dolları hökumətin payına düşüb. Gürcüstan Milli Bankının xarici borcu isə 245 664 min dollar təşkil edib. Məlumata əsasən Gürcüstanın çoxtərəfli kreditorlara xarici borcu 3 890 913 min dollara bərabər olub.

Hazırda Gürcüstanın Asiya İnkişaf Bankına 404 370 min dollar, Avropa Yenidənqurma və İnkişaf Bankına 125 648 min dollar, Avropa İttifaqına 42 070 min dollar həcmində borcu var. Ölkələr üzrə isə Gürcüstan ən böyük həcmdə borcu Almaniyaya yaranıb – 373 930 min dollar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR