Hesablama Palatasının sədri: "Növbəti ilin dövlət büdcəsi mövcud reallıqları nəzərə alan büdcədir"

Hesablama Palatasının sədri: "Növbəti ilin dövlət büdcəsi mövcud reallıqları nəzərə alan büdcədir"
# 24 dekabr 2020 12:43 (UTC +04:00)

“Növbəti ildə dövlət büdcəsinin vəsaitləri işğaldan azad olunmuş rayon və şəhərlərdə bərpa və quruculuq işlərinə yönəldiləcək. Həmin ərazilərin bərpası dövlətimizin iqtisadi gücü və vətəndaşın rifah halının yaxşılaşdırılmasına təsir edəcək”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Hesablama Palatasının sədri bildirib ki, il ərzində çox sayda şokların iqtisadiyyata təsir etməsi büdcənin proqnoz göstəricilərinə düzəlişlər etməyi labüd edib: “Növbəti ilin dövlət büdcəsində dövlətin strateji hədəflərinə nail olunması istiqaməti nəzərə alınıb. Növbəti ildə büdcə kəsiri 3,1 milyard manat proqnozlaşdırılıb. Büdcə kəsiri növbəti ildə diqqətdə saxlanmalı vacib büdcə parametrlərindəndir. 2021-ci ilin dövlət büdcə kəsirinin 1, 3 milyard manat maliyyələşməsi nəzərdə tutulub. Xarici valyuta nominallı borcların azaldılması strategiyada müəyyən edilmiş əsas hədəflərdəndir”.

V. Gülməmmədov təklif edib ki, ayrı-ayrı xərc istiqamətləri üzrə xərc normaları müəyyən edilməlidir: “Normativ hüquqi aktlar bazası bu istiqamətdə təkmilləşdirilməlidir. Büdcə təşkilatlarında çalışan əməkdaşların əməyinin qarşılanmasına da yenidən baxılmaldıır. Tikinti sferasında əməliyyat proseslərinin rəqəmsallaşdırılmasında yanaşmalar da dəyişməlidir. Şərəfli vətən müharibəsindən qalib çıxan Azərbaycanın növbəti ilin dövlət büdcəsi mövcud reallıqları nəzərə alan dövlət büdcəsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR