İcbari həyat sığortası niyə vacibdir?

İcbari həyat sığortası niyə vacibdir?
# 27 aprel 2021 12:10 (UTC +04:00)

Son zamanlar əhalinin, əsasən də sahibkarların hər yerdə qarşılaşdığı “İcbari Həyat Sığortası” ilə bağlı daha ətraflı məlumat vermək istəyərdik. Beləliklə, bəzi suallara aydınlıq gətirmiş olacağıq.

Nədir?

- “İcbari Həyat Sığortası” istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi halları üçün nəzərdə tutulmuş sığortadır. İşəgötürənlər, sahibkarlar, dövlət orqanları, idarələr, müəssisələr, ümumiyyətlə, VÖEN-i olan hər bir şəxs özünü və əməkdaşlarını bu növ üzrə sığorta etdirməlidir.

Sığorta təminatı hansı hallarda nəzərdə tutulub?

- İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində ölüm;

- İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi.

Bəs bu nə dərəcədə vacibdir?

- Çox vacibdir, çünki sığortanın bu növü icbaridir, yəni qanunvericiliyin tələbinə əsasən bütün hüquqi və fiziki şəxslər bu məhsulu əldə etməlidirlər. Bununla da onlar hər hansı bədbəxt hadisə zamanı işçinin və ailəsinin itirilmiş gəlirini bərpa etmə şansı əldə edirlər.

Olmadığı təqdirdə nə olur?

- Bildirmək istəyirik ki, nəzərdə tutulan sığorta olmadıqda, İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə uyğun olaraq hüquqi şəxslər 5 000 AZN, vəzifəli şəxslər 1 500 AZN, fiziki şəxslər isə 500 AZN məbləğində cərimələr olunur.

Bu sığorta növünü əldə etmək üçün nə etməliyik?

- “İcbari Həyat Sığortası” ilə bağlı ətraflı məlumatı (012) 942 qaynar xəttinə zəng vuraraq əldə edə bilərsiniz. Əlavə olaraq, “PAŞA Həyat Sığorta” ASC-nin rəsmi saytına daxil olaraq (https://pasha-life.az/icbari-onlayn-muraciet) müraciət edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR