İlon Mask ilk dəfə olaraq dünyanın ən varlı insanlarının dördlüyünə daxil olub

#
# 11:50
18 avqust 2020

“Tesla” və SpaceX-in təsisçisi İlon Mask ilk dəfə olaraq dünyanın ən varlı 4 adamının sırasına daxil oldu. “Tesla” səhmlərinin qiymətindəki artım, iş adamının sərvətini təxminən 8 milyard dollar artıraraq 84,8 milyard dollara çatdırdı. “APA-Economics” “Bloomberg”ə istinadən xəbər verir ki, bazar ertəsi “Tesla” şirkətinin səhmləri 11,2% artaraq rekord səviyyəyə - 1 845,32 dollara çatdı. Ticarətin bağlanışında səhmlər 1 835,64 dollar dəyərində idi.

Agentliyin məlumatına görə, Mask nəticədə “Louis Vuitton Moet Hennessy” qrupunun prezidenti Bernard Arnaultu beşinci yerə gerilədib. Beləliklə, hazırda BBI reytinqinin ilk dörd pilləsini amerikalılar tutur.

Birinci yerdə 188 mlrd. dollar sərvəti ilə “Amazon” şirkətinin rəhbəri Cef Bezos, ikinci yerdə “Microsoft” şirkətinin qurucusu Bill Geytsin kapitalı 121 mlrd. dollar olaraq qiymətləndirilir. “Facebook”un qurucusu Mark Zukerberq (99 mlrd. dollar) üçüncü yeri tutur. İlon Maskın sərvəti 84,8 mlrd. dollar, Bernard Arnault isə 84,6 mlrd. dollar qiymətləndirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR