"Kapital Bank" maliyyə nəticələrini açıqlayıb

"Kapital Bank" maliyyə nəticələrini açıqlayıb
# 16 aprel 2021 12:37 (UTC +04:00)

“Kapital Bank”ın aktivləri 1 aprel 2021-ci il tarixinə 5,6 mlrd. manat təşkil edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi 2,2 mlrd. manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 aprel 2021-ci il tarixinə 4 mlrd. manat olub.

Bankın 1 aprel 2021-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 705 mln. manat, adi və imtiyazlı səhmlər isə 245 mln. manat təşkil edir.

Qeyd edək ki, “Kapital Bank” “Moody's” və “Standard & Poor's” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR